Məzmuna keç

Üç (Şəmkirli Aşıq Hüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Üç
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.

Bir gün bir şəcər gördüm,
Gülünün yarpağı üç.
Bu günbəzdən baş verib
O günbəzin tağı üç.
Əyləşmişdim qırxlarınan
O məclisdə var idim.
Orada bir badə içdim
Qədəh verən sağı üç.

O sağəri belə gördüm,
Beş yerdən qaynağı var.
Doqquz yerdən mey veribdi,
On yeddi budağı var.
Otuz dördü bar gətirib
Yüz on dörd yarpağı var.
O yarpağın arasında
Dolanan növrağı üç.

On iki tam ustad gördüm,
Bir zindana baş vurar.
Qırx səkkiz şagirdi var,
Bir divana baş vurar.
O buxcadan kaman götürdü,
Aşıq Hüseyni ağı üç.