Üç (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Üç Müəllif: Xəstə Qasım |
Bir əcayib nəstə gördüm, kökü bir, budağı üç,
Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
Cəm idi on iki, on üç, altı otuz sərasər,
Yeddi təbib açar, yumar bağçası bir, bağı üç.
Bu bağın meyvəsinin hər birinin bir dadı var,
Nə suyu, nə hasarı, nə göz görür, adı var.
Hökm edər soltana, xana, fəryadı var, dadı var,
Məhsi vardı, cismi yoxdu, bülbülü bir, zağı üç.
Ağlı sərdə, fikri dərdə, dəm-dəmi divanadı,
Biya-biya, güca-güca, məhsədə xoş mənadı,
Xəstə Qasım hey deyibən cu gedər bilməyənə fənadı,
Bağban oldum, ku becərdim, şamama bir, tağı üç.