Üç sözüm var, gərək dosta deyəsən
Görünüş
Üç sözüm var, gərək dosta deyəsən Müəllif: Şair Aqil |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Üç sözüm var, gərək dosta deyəsən,
Birin oxu, birin öyrən, birin yaz.
Aşiq olan üç sitəmdən usanmaz,
Biri işvə, biri qəmzə, biri naz.
Canan gəlib göz önündən ötəndə,
Müjgan oxun sinəm üstə atanda,
Üç əhdim var, dost, hasilə çatanda,
Biri qurban, bir təsəddüq, bir niyaz.
Sənin guyin mənə cənnət qoxuyar,
Nə zaman ki ləbim ləbə toxuyar.
Aqil vəsfin üç sövq ilə oxuyar,
Biri “segah”, bir “çahargah, bir “hicaz”.