Ümid girər qapıdan, qəm baxar pəncərədən

Vikimənbə saytından
Ümid girər qapıdan, qəm baxar pəncərədən (1998)
Müəllif: RAUF CAVAD

Seymur sözü, xeyirxah, Nicat körpü qapısı,
Muhəmməd, Əli Nur, bir Nurun, iki yarısı.

Kimi girər, kimi çıxar sonda Haqq qapıdan,
Kimi də mat-məbhut baxar qapıya, yarıdan.

İstər girərsən qapıdan görərsən Hikməti,
Əli, elm qapısı, Muhəmməd, elm mərifəti.

Əqlin mərifəti, düşünməkdir həqiqəti,
Qəbul edib Həqqi, qəlbdən sevməkdir Neməti.

Əli Həqq, Nur qapısı, hədisdir Muhəmməddən,
Quran, Əhli-beyt, canlı əmanətdir Əhməddən.

Hər sözdə var sevişən Kərəm Əsli, sirr gizli,
Əqli lazım biləsən, səndə Əsli, sirr gizli.

Həqq sözə Zeynəbdir Gözəllik, əslin nərədən?!
Gözlər, Həsrətlə baxar qapıya, pəncərədən.

Cənnət qapısı, Rizvan Əlidir, kim ağası?!
Həsən-Hüseyn, saf möminlərin hakim ağası.

Gözlər Qəmli, sözlər Mənalı, ürək yanığlı,
Rüqəyya ağlar bəşərə, çün kövrək yanığlı.
 
Ümid girər qapıdan, qəm baxar pəncərədən!
Yağış yağar naz-qəmzəli, axar pəncərədən!

Zaman gələr Həsrət bitər hər kəs görər Sevgi,
Xilas yoludur Sevgi, ümidlə sevər, Sevgi.

Rauf sözünün mənası çox mehriban, şanlı,
Mənalı sözləri anlayan hər Zaman canlı!