Məzmuna keç

Ümid ilən döyərəm Şahi-Kərbəla qapısın

Vikimənbə saytından
Ümid ilən döyərəm Şahi-Kərbəla qapısın
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 9

Ümid ilən döyərəm şahi-Kərbəla qapısın,
Cahanda rəsmidir Şahın döyər gəda qapısın.

Gələr ümidi-şərafətlə cümlə aşiqlər,
Öpüb təbərrük edərlər İmam Rza qapısın.

Cəhənnəmin qapısın bağlayar Xuda üzünə,
Ziyarət eylib açar kim ki, Mustəfa qapısın.

Cahanda kim ki, Hüseyntək hidayət aşiqidir,
Kəsər qılınc başın, kəsdirər bəla qapısın.

Hicab əleyhinə qalxanların əlin sındır,
Mədəd, İlahi, ki sındırdılar həya qapısın.

Töküb gözüm yaşın tövbə eylərəm, çünki,
Yağış yağan zaman Allah açar səma qapısın.[1]

İlahi, bir də nəsib et mənə Nəcəf şəhrin,
Gedim ziyarət edim şahi-Mürtəza qapısın.

Vüqar, Rəhimdi, Rəhmandı Xaliqi-Yekta,
Günahı tərk elə, tövbəylə aç Xuda qapısın.

  1. Hədislərdə yağış zamanı Allah-Təalanın səma qapılarını açdığını, tövbə və əhvləri qəbul etdiyi buyurulur. Quranda isə buyurulur: "Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur." (Əraf surəsi, Ayə 57) Şair də öz göz yaşlarını çoxluğuna görə yağışa bənzədir. Və Allah yağış zamanı insanı əhv etdiyinə görə şair özünə bu cəhətdən təsəlli verir