Ümid yeganə silahdır, şükür ki, Zaman var
Ümid yeganə silahdır, şükür ki, Zaman var! (1994) Müəllif: RAUF CAVAD |
Allah ruhu, Adəmi Nur sevgidən yaradıb,
Sonra xeyir ümidlə, dünyaya Hür buraxıb!
Edib Adəm tərbiyyə özünü, alsın dərsi!
Etdiyi səhvi, təkrar etməsin, qansın dərsi!
Adəm övladı unutqandır, adı insandır,
Hər zaman səhv etməyə, bir addım alışqandır!
Səhv etmək Adəm övladına, təkrar nöqsandır,
Ziyandan geri dönmək, peşmançılıq, son şansdır!
Hər tərəfdə qurulub asi düşmən tələsi,
Oynayır min cür oyun, şeytan İblis nəvəsi!
Açıb əlini, xeyirxah göstərir özünü,
Gizlənib şeyTan, deyir yenə yalan sözünü!
Hakim olmayır, kor nəfsinə unuTqan-insan,
Hər pis istəyinə məhkum olur, axmaq nadan!
Xeyirsiz istəklərdə gizlənib, əbləh şeyTan,
Fürsət gözləyir, tora düşsün insan, kor qurban!
Əlimizi açıb, Səndən kömək istəyirik!
Əhli-beytə xatir, yenə də əfv diləyirik!
Ümid yeganə silahdır, şükür ki, Zaman var!
Həqqi sevməyə nə yaxşı ki, Rauf, iman var!