Üstünə (Aşıq Hüseyn Bozalqanlı)
Naviqasiyaya keçin
Axtarışa keçin
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Üstünə Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Ey nazlı yar, gül yanağın,
Xub yaraşır xal üstünə.
Gümüş kəmər incə beldə,
Düzülübdür pul üstünə.
Gördün ki, yarın yar deyil,
Çarəsin qılmaq ar deyil,
Dünya başına dar deyil,
Birini də al üstünə.
Hüseyn ağlar zarı-zarı,
Azalarmı qəm, qübarı,
İtirmişəm nazlı yarı,
Durum çıxam yol üstünə.