Üstündə
Görünüş
Üstündə (XV əsr) Müəllif: Ozan İbrahim |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Sübh ikən sübhanə düşdüm,
Baş qoydum ocaq üstündə.
Dəryayi-ümmana düşdüm,
Şam gördüm çıraq üstündə.
Bulundum dağda, aranda,
Qibleyi-ərzim Turanda.
İmanım, dinim Quranda,
Haqq yolum torpaq üstündə.
Qəmli ozan, üzüm gülməz,
Gələn - gedər, gedən gəlməz.
Sar yuvama qona bilməz,
Ayağım torpaq üstündə.