Üstündədir
Görünüş
Üstündədir (XIX əsr) Müəllif: Xəstə Hasan |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.82 |
Bu dünya belə qurulmuş, dövlət-var üstündədir,
Ərül-qərül mal qazanır, tarımar üstündədir.
Adəm ata, Həvva ana atdılar ol cənnətə,
Qorxuram ki, aldanalar, şeytan şər üstündədir.
Bir anadan törəmişik, başqa-başqa dilimiz,
Yarın haqqın divanında həp bir olur halımız.
Göz görəmməz, ayaq tutmaz, nə çətindi yolumuz.
Üstü körpü, altı qazan, o da nar üstündədir.
Xəstə Hasan, sözlərimi dinləyənə nəsihət,
Yatanda eylə salavat, qalxanda et vəsiyyət.
Göydən yağmadı rəhəmət, yerdən qalxdı bərəkət,
Keçdi günüm, doldu sinnim, ixtiyar üstündədir.[1]
İstinadlar
[redaktə]- ↑ Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5