Üstədi (Şair Məmmədhüseyn)
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Üstədi (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
| Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Hal-əhvalın ay nazənin,
Vallah bahar, yaz üstədi.
Dilimdən düşməz tərifin,
Əksin telli saz üstədi.
Dava-şavanı duymuşam,
Mən də felinə uymuşam.
Bilmə ki, səndən doymuşam,
Himim bircə söz üstədi.
Bəndəm bircə oxşayışa,
Bülənd edim min alqışa.
Məmmədhüseynlə gəz qoşa,
Könlüm xoş avaz üstədi.