Üz ola
Görünüş
Üz ola Müəllif: Aşıq Cəlil Dərələyəzli |
Yetər məni karı görür, dal sayır,
Nə var danışmağa hər sözü üz ola.
Aşıq deyər üz ola,
Gər münasib üz ola.
Sənə çiynində çinin,
Mənə Tanrım üz ola.
Astar kimi doğulanlar qoy bilsin,
Gözləməsin gəlib ondan üz ola.
Mənə göstər dərdsiz adam haqq sözdü,
Ləğviyyətə deməzlər ha haqq sözdü.
Aşıq deyər haqq sözdü,
Haqq özü də haqq sözdü.
Yalançı yalvarmasın,
Canım alan haqq sözdü.
Mərd igidin mərd övladı haqq sözdü,
Baxt gətirə süründə də üz ola.
Yaran var, ay Cəlil, gözlə yaraynan,
Yaranmısan yaralı tək yaraynan.
Aşıq deyər yaraynan,
Sol bıçağı yar aynan.
Fərhad kimi külüng çal,
Sərt qayanı yar aynan.
Vaxt döyülsə, insan ölməz yaraynan,
İstər yara dərin ola, üz ola.