İçində (Şəmkirli Aşıq Hüseyn)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İçində
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Çox gözəllər görmüşəm huri-qılman içində,
Morulun xalqındadı, yoxdu cahan içində,
Cəmisi hörmətlidi, yoxdu güman içində,
Çox gəzmişəm, görməmişəm, cəmi insan içində.

Haqq veribdi Morula allı-güllü göyçəklər,
Bahar, yaz fəsli gəlib, açılıbdı çiçəklər,
Tökülübdü üzlərinə top qara birçəklər,
Sözümdə yoxdu yalan, tamam əlvan içində,

Adamm canm alır şivə ilən nazları,
Tamamı mədhə layiq gəlinləri, qızları,
Alışıban gün kimi şəfəq saçır gözləri,
Əylənib aşıq, xanəndə söhbəti san içində.

Kimisi söz söyləyir, sinəsinin halı var,
Kimisinin üzündə hindi qara xalı var,
Kimisi mələkzadə, ləblərinin balı var,
Amanm əldən alıb qalmaz iman içində.

Fatma xanım şeydadı, Nabat bir can alandı,
Gövhər ilə Cəvahir, Bayaz təzə cavandı,
Həyat xanım huridi, Mələk xanım qılmandı,
Əyləşib o gözəllər qaşı kaman içində.

Toyda bu Aşıq Söyün gör nə fəğan eylədi,
Mən tərifi deyəndə, hamı can-can eylədi,
Onlara səbəbkarlıq bircə canan eylədi,
Əlləşib göylə-göylə, olub düxan içində.