İçində (Mirzə Məhəmməd Katib)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İçində Müəllif: Mirzə Məhəmməd Katib |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Sevgilim, mən sənin bəndivanınam,
Sən gəzirsən naməhrəmlər icində.
Gözəl idin, gözəl adın var idi,
Bədnam oldun mohtərəmlər icində.
Dost yanında yaxşı sozum otmədi,
Səri-zülfün şövqu sərdən getmədi,
Ömrüm kecdi, əlim yara yetmədi,
Can üzüldü dərdü qəmlər icində.
Gozəllikdə sənə olmaz qərinə,
Qoymaq olar səni huri yerinə,
Sənsiz əgər girsəm xuldi-bərinə,
Guya qallam cəhənnəmlər icində.
Qaşın kimi olmaz cərxin hilalı,
Əydi məni əyri zulfun xəyalı,
Əlif qəddim qəbul eylədi dalı,
Məşhur oldum qəddi xəmlər icində.
Sənan kimi ollam aşiqi-rusva,
Əğyarı bəyəndi zalimi-tərsa,
Katibəm, neyləyim katibi-qəza,
Yazdı məni bəxti kəmlər icində.