İçsəm öldürərlər, içməsəm ölləm
Görünüş
İçsəm öldürərlər, içməsəm ölləm Müəllif: Katibi (1803-1881) |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Eşqin meyin bu nazlının əlindən
İçsəm öldürərlər, içməsəm ölləm.
Səlvi sənubər tək incə belinden
Qucsam öldürərlər, qucmasam ölləm.
Bilmənəm dünyada hədər işimi,
Yolunda qoymuşam qərib başımı.
Hesrətindən gözdən axan yaşımı
Saçsam öldürərlər,saçmasam ölləm.
Yan yey bilirəm şirin canımdan
Könlüm üzdüm hər dəm gülüstanımdan.
Yaranlar, yar üçün xanimandan
Keçsəm öldürərlər, keçməsəm ölləm.
Namus-arım cida oldu üzümdən
Özüm utanıram aytqan sözümdən.
Şum rəqiblər görüb izimdən
Qaçsam öldürərlər, qaçmasam ölləm.
Miskin Katibi ahi-fəğan eyləyib,
Sona şunqar kimi göldən ayrılıb,
Azan karvan kimi yoldan ayrılıb,
Köçsəm öldürərlər, köçməsəm ölləm.