İşbu vücud bir qəl’ədür, eql içində sultanı
İşbu vücud bir qəl’ədür, eql içində sultanı Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
İşbu vücud bir qəl’ədür, eql içində sultanı,
İşbu könül bir xəzinədür, eşq tutmış, bəklər anı.
Nəzər üzrə dil qapucı, cümləsi əqlə tapucı,
Əqldür işlər yapucı, eylər cümlə abad anı.
Əql başdan iş bitiirür, nəzər gözdən baqar görür,
Əql könül içrə turur, ol üç xassə bəsler anı.
Əql text eylədi başı, şöylə bilür her bir işi,
Dünya içrə aqil kişi kimsəyə dəgməz ziyanı.
Başdur bu vücudun şahı, başdur əqlün təxtgahı,
Qatı buşmağıl nigahı, buşudur əqlün düşmanı.
Əgər əqlə buşar isən, başun nəfsə qoşar isən,
Nəfs halinə düşər isən, ol başdağı eql qanı?
Əql getdi, buşu gəldi, əql evin buşu aldı,
İmdi sultan buşu oldı, gözə göstərməz cəhanı.
Əgər təmə’ qılırr isən, gördügine qalur isən,
Nəfs gümrah qılur isən nezerün də oldı fani.
Nəzər getdi, təmə’ bitdi, nəzər yerin təmə’ dutdı,
Baqduq yerdə fitnə qopdı, işlədi nəfsani anı.
Nəzər dəxi gözdə olur, kimdə nə var baqar görür,
Təmə’ ana düşman olur, gözdən savar ol nişanı.
İmandurur can çırağı, gövdədürür can turağı,
Kinedür imana yağı, gəlsə gedərür imanı.
Əgər kine tutur İsən, getdi səndən iman dəxi,
Bİllahİ ol Tənri heqqi, yoqdur bu sözün yalanı,
Yunus, eşqün arta dursun, canun göynəb yana dursun,
Ustan eybün örtə dursun, oldur ustadlar sultanı.