İşim eşqindǝ fǝryad eylǝmǝkdir
Görünüş
İşim eşqində fəryad eyləməkdir Müəllif: Şah İsmayıl Xətai |
İşim eşqindǝ fǝryad eylǝmǝkdir,
Visalın vǝdǝsin yad eylǝmǝkdir.
Xǝrab etdi, demǝn, eşqin könülmü,
Bǝs, ol virani abad eylǝmǝkdir.
Bu könlüm adǝti hǝr şǝb ğǝmindǝ,
Fǝğanü ah bünyad eylǝmǝkdir.
Verür mǝn ğǝm dilǝ ümmidi-vǝslin,
Bu rǝsm ilǝn onu şad eylǝmǝkdir.
Xǝtai qulluğun mǝqbul qılsan,
Bu gün yüz bǝndǝ azad eylǝmǝkdir.