Məzmuna keç

İdarəyə məktub

Vikimənbə saytından
İdarəyə məktub (1906)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.

Müdiri-möhtәrәm fәzilәtli cәnab İsabәy Aşurbәyov. Әvvәla cәnab haqdan zat-alilәrinizin sәhhәt vә afiyәt üzrә payidar olmağını arzu edirәm, digәr [tәrәfdәn] cәnabınıza izhari-mәmnuniyyәt edib, millәt yolunda göstәrdiyiniz hümmәt vә qeyrәtinizә tәhsin vә afәrin oxuyuram vә qәlbәn şad oluram ki, sizin kimi qeyrәtmәnd şәxslәr dәxi bizim müsәlmanların içindә görsәnirlәr. Xüsusәn, müsәlman vә ermәni arasında sülh vә barışığın bina tutmasına çalışmağınız hәr bir şeydәn artıq bizi şad elәyir. Әgәrçi ermәni-müsәlman iğtişaşında Şuşa qәlәsindә hәqirin evi içinin әcnası ilә yanıb tәlәf olubdur, dayım vә onun iki nәfәr cavan uşaqları qәtlә yetibdir, bununla belә mәn ürәyimdә büğz vә әdavәt bilmәyib, bunu ancaq arzu edirәm ki, bu iki qonşunun arasında şeytanın iğva vә vәsvәsәsi ilә bәhәmә gәlәn fitnә vә fәsad götürülsün vә yenә irәliki mehribançılıq vә dostluq onların yerini tutsun. Vaxta ki, biz yәqin etdik, hәr iki tәrәfi bir-biri ilә vuruşduran vә yek-digәrinin üstә qalxızan üçüncü bir düşmәndir, onda bizә vacib olan budur ki, haman düşmәnin vәsvәsәsinә bir dә aldanmayaq vә müttәhid olub, onun dәfinә vә bizdәn kәnar olmasına çarәlәr tapaq. Ancaq bu yolla biz özümüzü düzәldib, sahili-nicata yetirә bilәrik, ancaq büğz vә әdavәti bilmәrrә unudub dostluq әlini bir-birimizә uzatmaqla qüvvәt vә mütmәinnlik hasil edә bilәrik. Hәrgah bundan sonra biz bir-birimizә inanıb etimad vә etibar etsәk, onda bizi barışdırmağa vә aralıqdan niza vә fәsadı götürmәyә nә Qalaşapov lazım gәlir, nә Levitski vә qeyrisi. Ermәni vә müsәlman onlara ariz olan bu qәdәr fәlakәt vә müsibәtdәn sonra gәrәkdir dürüst fikir edib, öz işlәrindәn vә öz etdiklәri insafsız vә әqilsiz әmәllәrindәn peşiman olalar, barışmağı özlәri lazım vә vacib bilәlәr. Ancaq o barışıq möhkәmdir, vaxta ki, o tәrәflәrin rizası vә xahişi ilә әmәlә gәlir. Zorla vә tәkid ilә bәhәmә gәlәn barışıq möhkәm ola bilmәz vә hansı tәrәf bu işdә artıq danalıq, mürüvvәt vә sәdaqәt göstәrsә, özünә yetәn zәrәri nәzәrә almayıb, әvvәlcә sülh әlini dosta uzatsa o tәrәfә sәd afәrinlәr olsun. Ümidvaram ki, tezlikcә hәr iki tәrәf bir-birinә sülh әlini uzada vә aralıqdan әdavәti bilmәrrә götürә....