Məzmuna keç

İki aşığın deyişməsi

Vikimənbə saytından
İki aşığın deyişməsi
Müəllif: Səməd Mənsur
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Qoca aşıq
Cavan aşıq bir qulaq ver amandır,
Səndən somşmah neçə sözüm var.
Düşünməsən, onda halın yamandır,
Alaram sazını, onda gözüm var.
Cavab
Sözlərini somş, qorxutma məni,
Söz bilməsəm ortalığa girmərəm.
Cavanhğım aldatmasın heç səni,
Cavabın verərəm, sazı vermərəm.
Qoca aşıq
° R|mdir ki, qan ağlayır qəminden?
° J^İ^dir ki, heç düşməyir dəmindən
O kimdir ki, ayrılıb həmdəmindən
Buna cavab verən aşıq var olsun!
Cavab
° kəndlidir qan ağlayır qəmindən,
Ispalkomdur heç düşməyir dəmindən,
O Çagindir ayrılıb həmdəmindən
Söz soran aşığa allah yar olsun!
Qoca aşıq
O nədir ki, surətləri soldurur?
O nədir ki, cibişdanı doldurur?
O nədir ki, toyuqlan güldürür?
Buna cavab verən aşıq var olsun!
Cavab
O ÇEKA-dır surətləri soldurur,
O rüşvətdir cibişdanı doldurur.
Təriflərdir toyuqlan güldürür,
Söz soran aşığa allah yar olsun.
Qoca aşıq
O nədir ki, qazan kimi qaynayır,
O kimdir ki, dil-dodağm çeynəyir,
O kimdir ki, heç bilməyir neyləyir?
Buna cavab verən aşıq var olsun!
Cavab
İnqilabdır qazan kimi qaynayır,
DcvletUdir dil-dodağın çeynəyir,
Narkomlardır heç bilməyir neyləyir,
Söz soran aşığa allah yar olsun.
Qoca aşıq
O kimdir k.i, alov yağır gözündən?
O kimdir ki, məna çıxmır sözündən?
O kimdir ki, qorxar özü-özündəu
Buna cavab verən aşıq var olsun.
Cavab
Mirzoyandır aiov yağ«r gözündən,
Mirbəşirdir məna çıxmaz sözündən,
Qəzənfərdir qorxar özü-özünoən
Söz soran aşığa allah yar olsun.
Qoca aşıq
O kimdir ki, aran .bilməz, qış bilrnəz?
O kimdıı ki, pul qazanar, iş bilmə.z?
O Kimoır ki, aylarla bışnıiş bıiməz"?
Buna cavab verən aşıq var olsun.
Cavab
O fəhlədir, aran bilməz, qış bilməz,
Dövlətlidir pul qazanar, iş bilməz,
O kəndlidir, aylarla bişmiş bilməz,
Söz soran aşığa allah yar olsun.