İki qəm gördü məni qaçdı uzaqdan gəldi

Vikimənbə saytından
İki qəm gördü məni qaçdı uzaqdan gəldi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 84

İki qəm gördü məni qaçdı uzaqdan gəldi,
Biri soldan hücum etdi, biri sağdan gəldi.

Üzbəüz dağ ilə durdum, elədim dərdimi faş,
"Buna insan dözə bilməz" səsi dağdan gəldi.

Yar olan səmtə əsən bir yelə qoşdum ruhu,
Qoxlayıb zülfün öpüb lalə yanaqdan gəldi.