İkinci Əbdülhəmid üçün

Vikimənbə saytından
İkinci Əbdülhəmid üçün
Müəllif: Şair Əşrəf
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Padişahım, bir dirəxtə döndü kim guya vetən
Daima bir baltadan bir dalı xali qalmayır.
Qəm deyil, amma bu mülkün boylə əldən getməsi
Get-gedə zülm etməyə eldə ehali qalmayır.