İlahi, hər dərdim sənə bəllidir
Görünüş
İlahi, hər dərdim sənə bəllidir Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
İlahi, hər dərdim sənə bəllidir,
Özün əlac eylə mənim dərdimə.
Ya qara baxtımın üzünü ağart,
Ya da qara rəng vur ömür xəttimə!