İlahi (Nizamoğlu Seyid Seyfullah)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İlahi (Nizamoğlu Seyid Seyfullah) Müəllif: Nizamoğlu Seyid Seyfullah |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Mevlam, ver eşqini mənə,
Heyranm olayım sənin!
Bülbül kimi cəmalına
Nalanın olayım sənin...
Yandır məni, yandır məni!
Eşq meyinə qandır məni!
Sərxoş edib döndür məni,
Məstanən olayım sənin!
Mənsurəm eşqin darine
Məzhar olub didanna
Şəmi cəmalın narinə
Suzanın olayım sənin.
Al, məndə mənlik qalmasın,
Kimsələr halım bilməsin,
Namü nişanım olmasın,
Pünhanın olayım sənin.
Bu can quşun sana uçur
Eşq meyindən mənə içir
Bu tacü xirqədən keçir
Uryamn olayım sənin.
Vəsl eylə yari yarinə,
Qoyma bu günü yanna.
Yax məni eşqin narinə
Büryanın olayım sənin.
Seyid Nizamoğlu xocam,
Ayırma kəndidən yücəm!
Əgər gündüz, egər gecəm
Mehmanın olayım sənin.