İlan, qaranquş və mığmığanın dostluğu
Görünüş
Rəvayətlər. İlan, qaranquş və mığmığanın dostluğu Müəllif: Şifahi xalq ədəbiyyatı |
İlan, qaranquş, bir də mığmığa dost olurlar. Bir gün ilan qaranquşla
mığmığaya deyir ki, gedin görün hansı canlının qanı daha şirindi?
Mığmığa bütün canlıları sancır. Görür ki, insanın qanı çox şirindi.
Qayıdır ilanın yanına, istəyir desin ki, insanın qanı. Elə “i” demişdi
ki, tez qaranquş onun dilini qoparır. O vaxtdan mığmığa dızıldayadızıldaya
qalır.
İlan qaranquşa deyir ki, niyə belə elədin. Qaranquş kələk işlədib deyir ki, bəs görmədin, istəyirdi “ilan” desin. Belə dostluq olar, o gedib sənin balanı sancıb, ona görə də ilan qanını şirin sayır. Deməyəsən, qaranquş dünyada ən yaxın dostu olan insanı qurtarmağa çalışırmış.