Məzmuna keç

İlan buynuzu

Vikimənbə saytından
Rəvayətlər. İlan buynuzu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Kim ilan bıynızı tapıb nehrəyə atsa, çalxaladığı bütün süt çönüp yağ olacax. Bir arvad nehrəyə süt töhməh isdiyəndə görür ki, içəridə bir ilan var. Qorxup ərini çağırır. Əri maşayınan ilanı nehrədən çıxarır, əmə öldürəmmir. İlan tez bir çatdağa girip gizdənir. Arvad südü töküp çalxalayır, sora görür ki, pütün süt yağa çevrilip. Nehrənin içini axdarıp ilan bıynızı tapıllar.

Mənbə

[redaktə]