Məzmuna keç

İlanlı dərə

Vikimənbə saytından
Rəvayətlər. İlanlı dərə
Müəllif: Şifahi xalq ədəbiyyatı


Muradxanlının qırağında bir böyük qarağac varmış. Ocağıymış. Bir gün bir oğlan uşağı ocağa gələn ilanı öldürür. Atası deyir:

– Bala, Allah sənə lənət eləsin, sən bu ilanı niyə öldürdün?

Bir gün bunlar ata-bala gedirlər kövşəndə cüt sürürlər. Günorta qarağacın dibində oturub çörək yeyirlər. Bir də görürlər budur bir ilan gəldi. Kişi durur ayağa, deyir:

– Allah sənə lənət eləməsin, niyə gəlmisən? Bu öküz lazımdısa, apar.

İlan deyir:

– Yox.

Kişi deyir:

– Onda mənim özümü apar.

İlan yenə deyir:

– Yox.

Oğlanı qatır qabağına, aparır. Kişi də dallarınca gedir. Bir dərəyə çatanda kişi görür, ilan da, uşaq da yox oldu.

O vaxtdan o dərəyə İlanlı dərə deyirlər.

Mənbə

[redaktə]