Məzmuna keç

İlanla qaranquşun dostluğu

Vikimənbə saytından
Rəvayətlər. İlanla qaranquşun dostluğu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmiş zamanlarda ilan ilə qaranquş bərk dost imişlər. Aralarından su da keçməzmiş. Həmişə bir yerdə gəzər, tapdıqları yemi bir yerdə bölüb yeyərmişlər.

Bir dəfə ilanla qaranquş nə barədəsə sözləşirlər. İş o yerə çatır ki, əlbəyaxa olub dalaşırlar. Qaranquş uçub göyün bir qatına qalxır. Oradan şığıyıb ilana hücum çəkir. Onun dilini dimdikdən keçirib yaralayır. İlan da fürsəti əldən vermir, yaralı-yaralı qaranquşa tərəf cumur. Nə fayda, gecikir. Yalnız quyruğunu qopara bilir. Deyirlər elə o vaxtlardan ilanla qaranquşun bir-birini görməyə gözləri yoxdu. İlanın dilinin haçalığı, qaranquşun haçalı quyruğu elə həmin davadan qalma şeydi.

Mənbə

[redaktə]