Məzmuna keç

İlham Əliyevin İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Şimon Peresə məktubu

Vikimənbə saytından
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Şimon Peresə" 12 yanvar 2014-cü il tarixli məktubu (12 yanvar 2014)
Müəllif: İlham Əliyev


İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Şimon Peresə

Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 yanvar 2014-cü il

Mənbə

[redaktə]