Məzmuna keç

İlham Əliyevin Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Şarl Mişelə məktubu

Vikimənbə saytından
İlham Əliyevin Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Şarl Mişelə məktubu (18 iyul 2019)
Müəllif: İlham Əliyev
Mənbə: president.az. "Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Şarl Mişelə" (az.). İlham Əliyev. 18 iyul 2019. İstifadə tarixi: 20.07.2019.

Hörmətli cənab Mişel,

Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2019-cu il.