Məzmuna keç

İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə məktubu

Vikimənbə saytından
İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə məktubu (2 mart 2019)
Müəllif: İlham Əliyev
Mənbə: president.az. "Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rumen Radevə" (az.). İlham Əliyev. 2 mart 2019. İstifadə tarixi: 2019-02-09.


Hörmətli cənab Prezident,

Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Bolqarıstan əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 fevral 2019-cu il.