İlham Əliyevin Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə məktubu

Vikimənbə saytından
Naviqasiyaya keçin Axtarışa keçin
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə" 31 oktyabr 2012-ci il tarixli məktubu (31 oktyabr 2012)
Müəllif: İlham Əliyev


Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə

Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqilliyin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 oktyabr 2012-ci il.

Mənbə[redaktə]