Məzmuna keç

İlham Əliyevin Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Olyanta Umala Tassoya məktubu

Vikimənbə saytından
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Olyanta Umala Tassoya" 24 iyul 2015-ci il tarixli məktubu (24 iyul 2015)
Müəllif: İlham Əliyev


Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Olyanta Umala Tassoya

Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyul 2015-ci il.

Mənbə

[redaktə]