İlham Əliyevin Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya məktubu

Vikimənbə saytından
Jump to navigation Jump to search
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya" 3 iyun 2013-cü il tarixli məktubu (3 iyun 2013)
Müəllif: İlham Əliyev


Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Anibal Kavaku Silvaya

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 iyun 2013-cü il.

Mənbə[redaktə]