İlham Əliyevin Ukraynanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə məktubu
Jump to navigation
Jump to search
İlham Əliyevin Ukraynanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə məktubu (22 aprel 2019) Müəllif: İlham Əliyev |
Mənbə: president.az (22 aprel 2019). Ukraynanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə (az). İlham Əliyev. Yoxlanılıb 2019-04-24. |
Hörmətli cənab Zelenski,
Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 aprel 2019-cu il.