İlin fəsilləri dörddür

Vikimənbə saytından
İlin fəsilləri dörddür
Müəllif: Rəşid bəy Əfəndiyev


Qar gedər, yer açılar,
Göydən yağış saçılar,
Bil, bu hansı fəsildir,
Çəmən, çiçək açılar?

  • * *

Quşlar bala balalar,
Maldar ot, ələf çalar,
Bil, bu hansı fəsildir,
Sünbül, çıxar dən alar?

  • * *

Meyvə dəyib dərilər,
Xırman, taxıl döyülər,
Bil, bu hansı fəsildir,
Aləm behiştə dönər?

  • * *

Qar aləmi ağardar,
Xalq malın dama salar,
Bil, bu hansı fəsildir,
Hər evdə ocaq yanar?