İllər
Görünüş
İllər Müəllif: Mikayıl Müşfiq |
İllər külək yürüşlü,
Qartal qanatlı illər.
Yaşayış yollarında
Yəhərli atlı illər.
Hər biriniz nümunə
Dalğalı bir dənizdən,
Ömrümüzün yelkəni
Qayar üzərinizdən.
Bizi bu cədəlgaha
Atar-atmaz anamız,
Başlar mühitinizdə
Coşmaya fırtınanız.
Bəlkə biz olmasaydıq,
Siz daim adlı-sanlı
Qoşardınız, nəşəyə
Ürəyiniz nişanlı.
Çobansız sürü kimi
Başınız boş olurdu.
Gündüzünüz fərəhli,
Gecəniz xoş olurdu.
İllər, bizi yoxluqdan
Varlığa atan illər...