İnanıbdı
Görünüş
İnanıbdı Müəllif: Şımpırlı Sevgili |
Mənbə: Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild. Bakı: "Səda", 2006. səh.127. |
Əl-aman əlindən yaman deyənin,
Düşmanım deyənə yar inanıbdı.
Ömür ağacının şah budağına
Deyirlər qonubdu, sar inanıbdı.
Bülbül nalan qalıb, solub gülüstan,
Tağında quruyub hər bağı-bostan.
Ötüşüb novbahar, gəlib zimistan.
Yetişmir bağçada bar, inanıbdı.
Sevgiliyəm, daha gəlmir üzümdən,
Deyən inciyibsən mənim sözümdən...
Soruşmur mürvətsiz barı özümdən,
Bəlkə bir günahım var, inanıbdı.