Məzmuna keç

İnciməsin (Varxiyanlı Aşıq Məhəmməd)

Vikimənbə saytından
İnciməsin
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Sallana, boylana gedən Salatın,
Elə sallangilən yol inciməsin.
Qorxuram dünyanın yeli tərs əsə,
Tökülə gərdənə, tel inciməsin.

Qaşların cəlladdı, gözlərin xumar,
Səni görən səndən bir busə umar,
İncənə taxmısan gümüşdən kəmər,
Elə qurşangman bel inciməsin.

Yazıq Məhəmmədi salmısan yasa,
Nə üçün durubsan mənimlə bəsə,
Könül istər ağ üzündən bir busə,
Dodaq zəhmət çəkib, dil inciməsin.