İnciyər
Görünüş
İnciyər Müəllif: Aşıq Mirzə Bilal |
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.59 |
Can-i dilim, hədyana yol vermə gəl,
Cüda düşər səndən, ellər inciyər.
Adam kobudluqdan sınar, - demişlər,
Gülə də kəm baxma, güllər inciyər.
Nadan adətkardır dodaq büzməyə,
Meyl edər qəlb qırıb, ürək üzməyə,
Göl yaranıb sonalarçün üzməyə,
Yaşılbaş sonasız göllər inciyər.