Məzmuna keç

İndi (Ərzurumlu Əmrah)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İndi (Ərzurumlu Əmrah)
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Bu qarşıkı qarlı dağlar,
Parə-paıə duman indi.
Sevişməsi bir xoş, amma,
Aynlması yaman indi.

Gülün çevrəsi xarmola?
Çekdiyim ahu-zarmola?
Əcəb məni anarmola?
01 qaşlan kaman indi.

Arasam yan bularam,
Yoluna sərim verərəm.
Bir gün görməsəm ölərəm,
Gör neylədi yaman indi.

Əmraham qapıya çıxar,
Çıxar da yollara baxar.
Aşiqi odlara yaxar,
Boyu uzun fıdan indi.