İndi (Aşıq Əli Şairov)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İndi Müəllif: Aşıq Əli Şairov |
Öz-özünə yenə aşığam demə,
Əl atıb dəstindən tutaram indi.
Adını dastanda əzbər eyləmə,
Qolların gərdəndə çataram indi.
Girrəm meydana mərdi-mərdana,
Salaram könlünü xofu gümana.
Naləni çatdırram o, Əl Osmana,
Hirsdə Rüstəm Zaldan betərəm indi.
Qəvvas gərək girə dərin dəryaya,
Döndərrəm gününü ahınan-vaya.
Baş əymərəm sənin kimi gədaya,
Əliyəm, halını qataram indi.
Mənbə
[redaktə]- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.63