İndi (Aşıq Heydər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İndi (Aşıq Heydər) Müəllif: Aşıq Heydər |
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər) |
Bizim ellər pərən düşdü, dağıldı,
Görəsən necədi oralar indi?
Yer-yudruma itin xılı yığıldı,
Neyləyim, xülüsüm daralar indi.
Hər şey əldən çıxıb, qalıb quru can,
Qəlbdə vətən dərdi, üzdə həyəcan.
Nə vaxt başa çatar görən bu hicran?
Peşımlə dolanır qaralar indi.
Aşıq Heydər, danış, görürsən işi,
Əzəllər sən idin bir adlı kişi.
Hünərdi girləsən qürbətdə başı,
Daha qaysaq tutmaz yaralar indi!