İndi də busə sənə xam gəlir

Vikimənbə saytından
İndi də busə sənə xam gəlir (1995)
Müəllif: RAUF CAVAD

İstərsən bir busə, Ağ şam gəlir,
Leyla eşqindən sevgi tam gəlir.

Bəla gəldi, ürək-can dözmədi,
Kimki sevmədi, sirri çözmədi.
O qafil kəski, Məni görmədi,
Gözlərdə Həqiqəti sevmədi.
İndi də busə sənə xam gəlir!

Ölüm öpmək istədi ləbindən,
Dodaq naz eylədi, dərd-qəmindən.
Qorxdu gözlərin, qəlbin dərdindən,
Anlamadın sevgimi, qəlbindən.
İndi də busə sənə xam gəlir!

Leyla Həsrətinə dözməz Məcnun,
Dəli-divanə, sevgidi qanun.
Fərhad Şirinə səhnədə məftun,
Əsli Kərəmdən, əsərdən məmnun.
İndi də busə sənə xam gəlir!

Olmadı səndən hüzünlü Yusif,
Nida gəldi sükut etdi Arif.
Edib şairlər Raufu tərif,
Bilməz sevgimi, sən aciz-zəif.
İndi də busə sənə xam gəlir!