Məzmuna keç

İngiltərə (Əliqulu Qəmküsar)

Vikimənbə saytından
İngiltərə (Əliqulu Qəmküsar)
Müəllif: Əliqulu Qəmküsar
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Qoymayaq olsun ki, sahib-ixtiyar İngiltərə,
Yoxsa bizlərdən çəkər axir damar İngiltərə.

Əsrlərdəndir bu miliət Asiyada kök salıb,
Hər yeri, hər ölkəni min fend-fel ile alıb.
Aləmi bəıbad edibdİr, bircə Gurcüstan qalıb.
İstəyir etsin onu da tar-mar İngiltərə.

Çün gelən tək başlayıb hər millətİ iğva edir,
Hər nə hİylə, hor nə fıtnə eyləyir ixfa edir.
Hər zaman bir milləti bir növİ istisna edir,
lstəyir Qafqaz dağılsın, aşkar, Ingiltərə.

Çün bular əmniyyətə, asayişə verməz riza,
Bəs ki, bu vəzi edir daim siyasət iqtiza,
Bunlann her fəndini aləm duyubdur, əzqəza,
Eybi yoxdur, her qedər qazsa məzar İngiltərə.

Biztəri osmanlı, alman, rus getirdi heyrətə,
Zerbə vurdu hər biri mümkün qədər hürriyyətə,
Ozləri axırda düşdü gör ne cahi-zilləte.
İşte vazehdir, olar axırda xar, İngilterə.

Bu bəlanın biz bacardıqca biz qabağın sədd edək,
Ziddinə min etirazü min təneffiirle gedək,
Müstəbid olduqlannda bunlann çün yoxdu şək,
Mohv edər hürriyyəti her yerdə var İngiltere,

1919