İnildər sevgidən nəfsim, ey can, içim yanar

Vikimənbə saytından
İnildər sevgidən nəfsim, ey can, içim yanar! (1998)
Müəllif: RAUF CAVAD

Gəl bu işvə-naz ilə eyləmə qəlbi qübar,
Ey Yar, ol dəva-dərman çün hər gecə dərd sızlar.

Mən bir kimsəsiz kimsə, düşmüşəm od-atəşə,
İnildər sevgidən nəfsim, ey can, içim yanar!

Cana, qəm içrə salmısan bu qıvrılan canı,
Al bu canı məndən, ver dərdini, sözlər ağlar.

Nə bir çarə var dərdə nə də əlac var qəlbə,
Hər gün yas saxlar qəm gözlər, Dilbərsiz yaşayar.

Nə qədər çəksə bu ağır yükü ağrıyan can,
Ağrı-acıdan yorulmaz can, dərdim ağrıyar.

Sən eyləmisən nəfsi xəstə, dəli-divanə,
Yanar eşq atəşində Qərib, dərdi qıvrılar.

Közərib yanar odun sonra dərddən kül olar,
Fəqət doymaz nəfs-eşq yanmaqdan tarix danışar.
 
Kimki olmaz eşqə giriftar, nəfsi tanımaz,
Bu dərd ilə Rauf, güli-Reyhanı çağırar!