Məzmuna keç

İnsan (tapmaca)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Tapmacalar İnsan haqqında
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Tapmacalar. Bakı,2004

<poem>

  • Ağırlığın yer götürər,

Ruzisin Allah yetirər. (Yeni doğulmuş körpə).

  • Ala qapı, zəncir sapı,

Beş budağı, bir yarpağı. (Əl).

  • Alaca mənzər,

Dünyanı gəzər. (Göz).

  • Altı inci, mirvari,

Üstü inci, mirvari, Arasında bir yarpaq. (Dil).

  • Altı mərmər,

Üstü mərmər, İçində bir Bülbül oynar. (Dil).

  • Altı çəpər,

Üstü çəpər, İçində qara quş səkər. (Qara göz).

  • Babam məndən nar istər,

Yoxu bilməz, var istər, Sancılmamış qələmdən Dəriməmiş bar istər. (Övlad).

  • Balaca baqqal,

Nə versən udar. (Ağız).

  • Bel sapı, balta sapı,

Bir budaq, beş yarpağı. (Əl).

  • Bir dərədə bir parça ət

(Dil).

  • Bir donum var, tikişi yox.

(İnsan dərisi).

  • Bir kaham var, qıraqları sədəfli.

(Ağızda dişlər).

  • Bir kişi dağdan ilxı tökər.

(Baş tükünün qırxılması).

  • Bir körpü altda iki yol.

(Burun).

  • Biz biz idik, otuz iki qız idik —

Büzüldük, bir taxçaya düzüldük. (Dişlər).

  • Cərgə-cərgə söyüdlər,

Beli bağlı igidlər. (Diş).

  • Göydən düşdü, yapışdı.

(Ad).

  • Gəl! gəl! deyərəm — gəlməz,

Gəlmə! gəlmə! deyərəm — gələr. (Dodaqlar).

  • Qırmızı divar üstə ağ fərələr düzülüb.

(Damaq və diş).

  • Mən baxaram o qaçar.

(Qulaq).

  • Mən gedərəm, o da gedər.

(Kölgə).

  • Mən gedərəm, o qalar.

(Ayaq izi).

  • Nə baltadır, nə kərki,

Bütün kəsərdən iti. (Ağıl).

<poem>