İnsan nə zaman kamil, var olar?
Görünüş
İnsan nə zaman kamil, var olar? (1994) Müəllif: RAUF CAVAD |
İnsan nə zaman kamil, var olar?
Həqiqəti düşünən, anlayar.
Kim edər addımına çox diqqət,
Hər zaman gözləyər haqq-ədalət.
Sadəlik verir insana dəyər,
Yaxşıdan, kimsəyə dəyməz zərər.
Dərk edən, özünə qiymət verər,
Şükr edər, Rəbbin tanıyıb sevər.
İnsan əməliylə kamil olar,
Həm cahil həmdəki qafil olar.
Əmək insanı zəhmətkeş edər,
Hər kəsə örnək, ismi Hür gedər.
Gərək insan xoş-mehriban olsun
Hamıya, ürəyi yanan olsun.
Rauf söylər, həyatda olanı,
Sən gör, yaşa, düzlüyü sev, tanı.
...Müəllif:Rauf Cavad