Məzmuna keç

İnsanda təcəlla edib Həqq, sirrə Sahibəm

Vikimənbə saytından
İnsanda təcəlla edib Həqq, sirrə Sahibəm (1997)
Müəllif: RAUF CAVAD

Mənəm Arif, mənəm Hikmət, mən Rövşən Qəmliyəm,
Yar həsrətinə yanan od, Həbib Cəfəriyəm.

Yusif gözləyən Qərib, mənəm Mustafa Nuru,
Ədalət Qalib gələcək, Zaman Həsrətiyəm.

Mənəm İsmayil Cavad, Həqqə qurban həqiqət,
Gözəli sevmək Məna, Zöhrə Həqq, Aşiqiyəm.

Yaxşılıq piri Həqq dostum, mənəm Həsən Sadiq,
Hüseyn İbarhim, mən Əli Zaman, Heydəriyəm.

Mənəm Rauf, Mehriban Allah bəxş edib Nemət,
İnsanda təcəlla edib Həqq, sirrə Sahibəm!

Lütf edib Həqq sifətləri, mən Abbas Ələmdar,
Hünər bayrağı Habil, mənəm nəfsi sirr Adəm.

İlahi şükür sənə, var etdin məni sözlə,
Can verdin, Ümid etdin, sevgili möcüzənəm.

Bəxş etmisən Xəyalı, Ülvi duyğu Muradı,
Nəzər etdin, oldum Mehmanın, Abdul Malikəm.

Görəsən mən kiməm? Zərrə nöqtə, mən yox-heçnə,
Qəfəsdə can verən bülbül, Nicat Kamal, güləm.

Zənn etmə mənəm demək mənəmlikdir, Samirə!
Varlıqda Əsli, mən yox, söz-ifadə, Kərəməm.

Fərhadı kim anlar?! Kamil sözə Qadir olan?!
Yoldaş oldum Şirin sözünə! Gör, bəs mən kiməm?

Məcnunu rüsvay etdi Leyla! Rauf nə dedi?!
Dost etdin məni mənlə, əslim səndə, sirrinəm!