Məzmuna keç

İrəvanın vəsfi

Vikimənbə saytından
İrəvanın vəsfi
Müəllif: Mirzə Müslüm Qüdsi
Mənbə: Səməd Sərdariniya. "İrəvan müsəlman sakinli vilayət olmuşdur". Bakı, "Zərdabi" nəşriyyatı, 2014, səh.198-216. ISBN 978-9952-8010-1-9

Yer üzü Şərqdən Qərbə, heç şübhəsiz,
İnsanın cismi kimidir bir fərqsiz.
O üzdən ki, bədən cana möhtacdır,
Bu bədənin ruhu məhz İrəvandır.
Onda ki, səadət tutmuşdur qərar,
Ondan adın Çuxursəd qoydular.
Fələkdən nə qədər ad nazil olsa,
Dünyada ona tay tapılmaz əsla.
Xoşbəxtlikdə o qədər ki, müşərrəf,
Vilayət adın ondan almış, əlbət.
Çün qızıldan qiymətlidir torpağı,
Bəs ondan törəmiş dövləti, varı.
Gümüşdən qiymətli bir içim suyu,
İnsana can verər bu su, doğrusu.
Torpağının hər qarışı qazılar,
Tanrı sənətinin mədənini andırar.
Birisi canın qoya bu ölkəyə,
Sahib olar çoxlu vara-dövlətə.
Kimsə bir ovuc yerə toxum səpər,
Ondan sonsuz qədər məhsullar dərər.
Hər qarışı bərəkət torpağının,
Tükənməzdir il boyu məhsulu.
Torpağının dəmyədir hər parçası,
Bir çaya deyil möhtac tüm bucagı.
Araz nəhri qollarsız Araz deyil,
Dəryaya qovuşmasi yaxın deyil.
Var suyunun şirinliyi bu sayaq,
Saysız qollarından deyildir uzaq.
Kimsə ona sahib ola bilməzdi,
Gər İrəvan bunu rəva görməzdi.
Hər yaz geniş çölləri başdan-başa,
Yağış sularından olar tamaşa.
Qış gələndə dagları sonsuz qardan,
Gümüş kimi bərq vurarlar uzaqdan.
Bu yerlərin misilsiz ab-havası,
İnsanın başından alar həvəsı.
Saray baxçaların sonsuz səfası,
Oğrunu sənətdən eylər, qısası.
Məhlələri vüsal kuyun andırar,
Pərişan qəlblərin şamın yandırar.
Qədim şəhrin möhtəşəm hər küçəsi,
Cənnət bağının, san, bir nişanəsi.
Ürəkləri ovlayan bir şəhər bu,
Sinələri oxşayan bir məkan bu.
Yarandığı gündən bu günə kimi,
Görməmiş siması xəzan nəsimi.
Qırxbulağın zülal çeşməsi axar,
Abi-kövsər kimi hər yerdən keçər.
Kimsə suyundan bir qurtum gər dadar,
Meyin tamın həmən o an unudar.
Ağaclardan ucadır sarayları,
Günəş işığına oxuyar meydan.
Ağac budaqları bir tavus kimi,
Başında oluşan bir çətir kimi.
Hər tağının günəşli işləməsi,
Üfüqdə günəşin bir nişanəsi.
Hər kimi tutsa İrəm paxıllığı,
Xatirindən pozular rahatlıgı.
Suyu şuxluqdan, elə bil, gülər,
Can evindən qəmi, kədəri silər.
Cənnət məkanıdır ab-havası,
Ruha qida verər zövqü səfası.
Əbədi həyat ağacıdır, sanki,
Qocalığında da bar verər çünki.
Eyş və işrət saçan bu saraylarda,
Naxoşluq ürəkdə heç olmaz peyda.
Gər son zamanlar düşmüş fitnə-bəla,
Qiymətli nüfuzu olmuş mübtəla.
Əmniyyətini Xuda var eyləsin,
Qönçə dodağın gülümsər eyləsin.
Bazarı, xanı və karvansarası,
Gül üzlü gözəllər onun səfası.
Əhli dünyagörmüş bu uca yerin,
Cümləsi yaranışıdır göylərin.
Buralarda tədbirlidir hər bir kəs,
Öz qismətini arar, yazar hər kəs.
Camaat ölkəsi tək xoşsifətdir,
Əhali elmə qarşı xoşxilqətdir.
Yaranışının gözəllik mizagı,
Xatırladır Səfaxan çarbazarı.
Dükanı, pasajı xatir oxşayan,
Gözəl hücrələri əcəb xoşməkan.
Hind Turan malları ilə dopdolu,
Rum və İran mallarının çox bolu.
Burda hər cür ucuz mallar satılar
Alış-satış hər zaman rəvac olar.
Meydanının kənarları hüdudsuz,
Səfasıdır necə hədsiz-hüdudsuz.
Xan məscidinin bakirə fəzası,
Cənnət bağı parçasının səfası.
Yerdəki daşları dür kimi parlar,
Hər baxan baxışa bir ruh bağışlar.
İşlənmiş beytinin həqqi hörməti,
Riqqətə gətirər, inan, abidi.
Əgər kimsə burda edə ibadət,
Tərk etməz buranı bir daha, əlbət.
Göz sataşsa mehrab tağına əgər,
Onu görməkdən, inan ki, məst edər.
Üfüqün hər bir tərəfindən, sanki,
O tağa məhəbbətlər yağar, bil ki.
Qaşının çatmasının işarəti,
Nakam ürəyə şəfadır xilqəti.
Aliliyindən hər bir güşəsinə,
Ay, Günəş nur qondurar şüşəsinə.
Qübbəsinin firuzədəndir rəngi,
Boynundakı daş-qaş kimidir, sanki.
Minarəsi-boyu uca ümidlər,
Bu çal kişinin əsasına bənzər.
Gül dəstələrinin lətafətindən,
Açarlar yepyeni güllər ətrindən.
İman əhlinə qapısı açılar,
Bura girən təklənmiş mələk olar.
Bir kimsə görməmiş onun bəlasın,
Rəhmətlər olsun qoyana binasın.
Xəyal aşa bilməz özəl bürcləri,
İnsan tuta bilməz burda heyrəti.
Qalası dünyadan tamam ayrıdır,
Belə bürclü hasar harada vardır?
Tikilişidir dünyada əvəzsiz,
Bərklikdə zərbülməsəl oldu, şəksiz.
Uca imarətləri zər-zinətli,
Qəsrinin mənzərələri ləzzətli.
Zəngi çayının vadisi, xüsusən,
Xavərnak qəsridir sanki, deyəsən.
Çayının səfası ilə qəsrləri,
Əlçatmazlıq təsdiqidir rəmzləri.
Zəngi çay deyil, cənnət bulağıdır,
Aynası gözəlliklər soragıdır.
Adı dillərdə onun dastan oldu,
Bu səbəbdən də adı Zəngi oldu.
Mənbəsindən ta ki, uzaq çöllərə,
Suyunun qətrəsi getməz hədərə.
Onun saf suyu dür kimi parıldar,
Nisan qətrəsi tək od tutar yanar.
Suyu içindəki saysız balıqlar,
Dalğalardan parça-parça tək olar.
Üzündəki saysız ördək və qazlar,
Ovçu və şahinlərdən kənar üzər.
Burada ab-hava ənbər kimidir,
Körpünün dörd yanı cənnət kimidir.
Zəngi ətrafının yaşıl fəzası,
Sanki, Avropanın olan nəşəsi.
Göz oxşadıqca gülür yer elə bil,
Harda var belə gözəllik, onu bil.
Çəməndə xoş güllər, səbzələr içi,
Yelpazə çəkər hər an Səba yeli.
İnsanı şövqü-həvəsə hökm edər,
Ruhu və canı əyləncəyə çəkər.
Agil bilə bilməz harda otursun,
Güllərdən hansının ətrini alsın.
İşrət səfa məclisi dolub daşar,
Zövq, əyləncə və gülüş başdan aşar.
Hər kim burda baharda getsə bağa,
Xəzanında yüz yaz açar uçmaga.
Qala ətrafında söyüdlük bağı,
Ərən bağçasının eşsiz misalı.
Yaşıllıqlarının hər bir parçası,
Arxlarladır aşiq-məşuq misalı.
Sərvin, ağcaqayının rişəsindən,
Ab-kövsər su axar çeşməsindən.
Zülal suyu yaşıllıqları bəzər,
Göy çəmənləri, sanki, fərşə bənzər.
Küknar söyüd ilə olmuş qol-boyun,
Narbəndlər başdan ayağa bir oyun.
Yasəmənlər kölgəsilə əl-ələ,
Hər birinin altı ayrı mənzərə.
Gülüstanı bir zümrüd parçasıdır,
Qırmızı söyüdü mərcan daşıdır.
Yaşıllıqlarında eşq dolu otlar,
Səfaları ilə qəlbləri oxşar.
Bülbülünün fəğanı yaxın qəlbə,
Şəlalə səsi edər axın qəlbə.
Cana can verər sərvinin nihalı,
Azadlığı əldən alar xəyalı.
Söyüd budaqları, sanki, bir Məcnun,
Leyli saçları tək olmuş didərgin.
Şəhər bağçasından bir az aralı,
Əsən külək, sanki, Səba misalı.
Ulu böyüklərin təb dünyası tək,
Yan-yörəsi çox da genişdir, gerçək.
Yenişli-yoxuşlu bütün hər yanı,
Cənnət misalı tək səfa bagları.
Bağçaları Misir bağları tək,
Dadlı-tamlı meyvələr verər qəşəng.
Dadanlar bu meyvələrin dadından,
Olarlar çox uzaq bir daha qəmdən.
Dadı yüz kam ləzzət verər insana,
Bal dadı ondan heç düşməz uzağa.
Qızılı almalarının ətrindən,
İnsana ruh bağışlar ləzzətindən.
Ruhu, lətafəti canlı kimidir,
Bağban yetirdiyi daru kimidir.
Ayaması Qoşazənəxdanlıdır,
Dəribən yenməsi daha tamlıdır.
Narı dodaqlara təbəssüm qoyar,
Dadından dünyada kimsəmi doyar?
Ləzzəti fərəh bəxş edər aləmə,
Bağların büsatın yayar aləmə.
İçi, sanki, balla, şərbətlə dolu,
De ki, şərab şüşəsidir dopdolu.
Meyvələrinin nur parlaqlığından,
Danələri olar kənardan əyan.
Yeyliməsi insana qüvvət verər,
Həyat mənbəyi tək ona güc verər.
Gül, parıltıdan haldan-hala düşər,
Bağ onun ətrindən gülaba dönər.
Armud düşkünlərə bir əlac olar,
Bostan şənliyinə bir saqi olar.
Qəndli budaqları qızıla bənzər,
Dolu sürahiləri bal və şəkər.
Qaranlıqda o çəmənlərdə gecə,
Damlası şam tək işıq saçar necə.
Şirinlə lətafət araya gəldi,
Ondan armud adı dünyaya gəldi.
Parlaqlıqda meylər ilə yarışar,
Gözəllərlə bir arada sayrışar.
Ətəkləri tavus quyruğu kimi,
Heyva sarılığı çırağban kimi.
O vadinin quruluşu, sanki, Tur,
Ağacların rəngi bir behişti-nur.
Cənnət ağacından başqa heç biri,
Bu heyvalar qədər verəmməz barı.
Gözəl şəmailli Yusifin ətri,
Bir neçə mənzildən alınar ətri.
Yetməz barın qaldırmağa budağı,
Torpaq olmuşdur onun səcdəgahı.
Bülbüllərin qəmli şaqraq səsləri,
Paran-parça edər duyan qəlbləri.
Təzə əriyi gözəl bir qız kimi,
Yanağın al ilə süsləmiş kimi.
Səhər vaxtı günəş üfüqdən parlar,
Yanar ağac kimi parıltı saçar.
Kaftanı çün bədəninə təng gəldi,
Təpələri zəfərana döndərdi.
Bir anda hər şey öz yerini aldı,
Buluğ sərhəddinə özü ucaldı.
Hər tərəfdən onu arzu edərlər,
İstək, arzular baş alar, gedərlər.
Bu xoş mənzərənin çox şövqü olar,
Bundan çoxlu istəklər peyda olar.
O ərik deyildir, gözəl, vüqarlı,
Budaqda meyvədir dolu nabatlı.
Hacət yoxdur ona tərəf getməyə,
Və ya azar edib dərdin çəkməyə,
Aşiqlərin o vəfalı məşuqu,
Özü düşər, sevindirər aşiqi.
Saflığından tumu nəmayan olar,
Huri vücudu, sanki, əyan olar.
Vəsfin əgər etmək istəsə bir kəs,
Dadlara bələd olmalıdlr bəs.
Adını dilinə ğətirsən əğər,
Şəkərdən dodaqlar yapışar məğər.
Üzümlərinin rəngarəngliyindən,
İstəklər qarışar onun əlindən.
Parlaq ulduzlara tarması bənzər,
Ətəkləri tərtəmiz, altı ğülzar.
Saysız salxımından nəşələr yağar,
Dünya onun eşqinə tərif söylər.
Gözəl salxımına nəzər edə kəs,
Baxışından ol şəxs həmən olar məst.
O nəfis noğulun şəffaflığından,
Nəfis zay olar giriftarlığından.
Nəşəni üstələmiş dadı ilə,
Bir mey mənbəsidir salxımı ilə.
Təminin ləzzətindən kam alar nuş,
Şirinlik dünyası olar fəramuş.
O tapılmaz noğula düşsə kölğə,
Ağırlığa dözməz, su olar, bəlkə.
Dadlı tamı onun rənginə sığmaz,
Lətafəti tum fəzasına sığmaz.
Zənginin kənarı, dərə bağları,
Dörd tərəfdən xatırladar bulvarı.
Fələyin kəhkəşanıdır bəzəyi,
Çün burdan alarlar həmən ənbəri.
Onun kamalına tam bir nişanə,
Ağıllar onunla yetişər kama.
Qüdrəti hiyləsiz pərgar yaratdı,
Bağçalardan Zəngar xətti yaratdı.
Həndəsi gözəlliklərin ziynəti,
Gümüşü arxla bəzədi xilqəti.
Hər bir bağın var cənnətə oxşarı,
Zəngidən çox arxlar onun axarı.
Hərəsi bir çeşmə içməli suyu,
Gecədən alarlar qara-qorxuyu.
Ceşmə nuru Günəş işığı qədər,
Topa buludlardan görünər məgər.
Ağıl gücü ilə canı dərk edə,
Mümkünsüzdür gözlər onu dərk edə.
Su sadəliyin isbatı vardır,
... dandır ki, dəlili vardır.
Xəlxəl gözəlləri xoşsifət olar,
Buzun aynasından həm gözəl olar.
Ağac boyları huri qaməti tək,
Baxan ürəklərə nur verər gerçək.
Tuba misal agacın hər guşəsi,
Xoşavaz quşların saysız yuvası.
Sərməstlər dövrəsində büsat qurar,
Başların çiyninə qoyar uyuyar.
Söyüdlər sərvləri qucmuşlar, bax elə,
Aradan Ay, Gün nuru sızmaz belə.
Hər kəs onun ləziz dadına yetər,
Şəkər neyinə üzü qarə yetər.
Tut ağacının say-hesabsız qolu,
Çəmənin olmuşlar ipək örtüyü.
Yaşıl yarpaqları mənzərə açmış,
Budaqları zümrüd tablo yaratmış.
Tut adlı şəkərli noğulu çoxdur,
Tərifin yetirmək imkanı yoxdur.
Noğulunun ləzzətin Səba ölçər,
Xoşluğunu gəlinlər nisar eylər.
Onun şövqi məzəsinin şənliyi,
Qənd ilə adam ondan alar tərliyi.
O, bir huri bakirənini məməsi,
Şərbət kamıdır ürəyə nəşəsi.
Ballı südü ilə cocuğa məlhəm,
Beşik zəifinə bir odur məlhəm.
O tapılmaz noğula düşsə nəzər,
Şəffaflıqdan ərir, suya dönər.
Lütfün gözü ilə, bax, necə haldır,
Bir baxmaqla hasil olan kamaldır.
Hər yanıyla o qənd parçası yanar,
Ulduzlar tək birlikdə də parıldar.
Baldır, süddür tərliyindən təzəsi,
Kamlar hasilə yetirər nəşəsi.
Noğlunun ətəyindən sürüşməsi,
Budağına zərər verməz düşməsi,
Gər hüsnü insana bir sevincdir,
Pulla alınması rəvac deyildir.
Bazarı hər ləyaqət sahibinin,
Məskənində olar kasad onun.
Məxsusən, dünya vəzinən ölkənin,
Bilgisi süst ola ölkə əhlinin.
Qələm ki, baxçanın vəsfindən yazar,
O yazının hər sətrindən bal axar.
Bax ki, suyun dəyişən qüdrətinə,
Nəbat butə bal olar qüvvətinə.
Sənayedə var olmayan ölkənin,
Torpağından qənd olar hasil, yəqin.
Nazlı dilbərlərin sözü kimi,
Həyat bağışlar cana özü kimi.
Onda gülabla qənd vüsala yetmiş,
Sonda xam şəkərin dadını vermiş.
Qəndin gərçi nəşəsi olur da çox,
Nə yazıq onun qədər fərahı yox.
Del ki, təzə qəndin eşqinə düşər,
Dadının atəşi ciyərə düşər.
Bitki eşitsə zülalın balını,
Tilsimin şüşəsi sanar malını.
İncəliyindən bir uşaq kimidir,
Dodaqları cocuq təbəssümüdür.
Sözlərini gözləri ilə söylər,
Özündən təzə qənd olurmu məgər?
Yeyə onu, olmamış hasil, xəyal,
Ürək parçalanar, üz verər məlal.
Birəcik uşaq kimi o nazpərvər,
Azca tozdan olar dərdli o sərvər.
Bıçaq parıltısı tək üzə düşər,
Şəkər tək çilənər, axar da, gedər.
Yanında bıçağın çəkilməz adı,
Yazılar varlığına anda adı.
Nur səsi əgər ona əyan olar,
Sanasan, Turi-sina yeksan olar.
Musaya çox da vacib olmuş bu iş,
Ol vadidə nəleynini çıxarmış.
Ud, mişki yetişdirən çəkər cəfa,
İyindən ətrafı alarlar səfa.
Hər yerdə o yaşasa, salsa məskən,
Ətrindən o yerlər olarlar gülşən.
Ancaq Misirli lütf üzlü Yusif,
Züleyxa mehrinin qurbanı Yusif,
Bir anda dost əğyarından ayrılar,
Zindanlar qəminə giriftar olar.
Qəm yemə, nədən ki, qəm ağladandır,
Zindandan çıxanlar əziz adamdır.
Əzm yazını alar, yenidən yazar,
Yazılmışı qurdlar əlilə pozar.
Onun ətrafı yaylaq mənzərəsi,
Meydən sonra olan həyat nəşəsi.
Gözdə görünər hər kəsə möcüzə,
Burda hər bir tərəf özü möcüzə.
Ərz ki, gövhər ətəyindən ayrılar,
Uzaqlıq, sanasan, bir yaxın olar.
Dörd tərəfi yaylaq dağları sarmış,
Elə bil, dörd daşı olan daşqaşmış.
Bir tərəfdə onun Ağmanqan dağı,
İran şahlarının bəyən oylağı.
Vəsfinə bəsdir ki, xaması onun,
Namələrə olmuş ünvanı onun.
Oradan bir adlı-sanlı istəsən,
İşrəti natamam olmaz biləsən.
İstək yapışar hər kəs yaxasından,
Çəkər bura İran uzaqlarından.
İşrətin büsatın qurarlar burda,
Qalmasın arzular gözdə, ürəkdə.
Əgər bu mənanı tuta bilməsən,
Təhmasibi, Nadiri düşünəsən.
Bir yanda Elaks dağı sərəfrazdır,
Gəlintək gözəldir, işvəlinazdır.
Tər gül gözəli ilə bir arada,
Ürəkdə dözüm şövqü qalmaz arada.
Hər yerdən minlərlə çeşmələr doğmuş,
Sevinc yaşları tək somsoyuq olmuş.
Həkim olaydım kaş, gül cövhəri,
Neçə sirrdən hali edərkən əqli.
Bir təbdən olur bunca mümkün hasil,
Bir qarışdan yüz cür gül olur məhsul.
Bütün çöllər, dərə, səhra və düzlər,
Maral buynuzundan meşəyə bənzər.
Bütün kəvşənləri ahu ilə dolu,
Dağlıqları ağlı, bozlu, kəklikli.
Havanı tutmuşdur tərlan şahinlər,
Tüləklər, qırqovullar, həm laçınlar.
Leyləyin balası güclü və nazlı,
Poladdan çəngli, almaz dimdikli.
Gözəl əlamətli xoş mənzərəsi,
Ürəklər ovlayar mənzərəsi.
Əgər ondan birini əldə edə kəs,
Sanki, vilayəti ovlamışdır bəs.
Ovuna elə ki, pərvazlanar o,
Cəldlikdə şahini dalda qoyar o.
Ov qəsdilə qanad çalanda hərdən,
Qartal qorxusundan tük tökər onlar.
Erkək quş görsə onun kölgəsin,
Yuvasında itirər öz kölgəsin.
Tümüylə açarsa ov qanadını,
Əsqa quş daha açmaz qanadını.
İran Rum şahlarına bir hədiyyə,
Tapılmaz belə yaxşı bir töhfə.
Pəncəsinin, bil ki, ayrıdır hüsnü,
Ki, əldən-ələ gəzidirərlər onu.
Yer kürəsində ürəyə ən yaxın,
Yumurtadan çıxmış bir bala şahin.
Şirin-şəkər camalı-hüsnü onun,
Gətirər ağla saf bal aynasın.
Ağıllı müdriklər bu görünüşdən,
Haqq dünyasına yol açarlar düşdən.
Şirindir ağızların püstə suyu,
Canın nəşəsinə kam verər suyu.
İki yüz arının neştərində nuş,
Yazmaqla dadında olmaz fəramuş.
Gər dayəsi tifli kamlı böyüdər,
Bəxşiş sovqatın ballı götürər.
Zaman sonra ömür yetəndə sona,
Can vermənin kamı olmaz insana.
Gər nasın şəfası balın şəninə yetər,
Yeni həyat bundan əvəzsiz olar.
Səhəndin, Mişabın yaylaq balları,
Dünyada tapılmaz onun tayları.
Əgər onları bir araya alasan,
Gözəlliklərini ölçmək istəsən,
Sonda işin əsli necə hal olar,
Kədulu noğul dönər çinar olar.
Bircə kasə sən doldurasan ondan,
Qabının gili üstən olar əyan.
O yaqut məcunun bir parçası olar,
Ürək qəmdən həmən fərəhnak olar.
Qənnad usta halva bişirsə ondan,
Bitki dəmin partlar paxıllığından.
Niqabın alı versən rüxsarından,
Milçəklər kimi ona cumar insan.
O üzdən şəkərli oldu ayinə,
Xosrov meyl elədi gözəl Şirinə.
Fələk göz aləmə açmış necə?
Nəzərin yer üzünə dikmiş necə?
Gözəllik məskəni Göyçə yaylağı,
Dünyada olmaz ki, onun oxşarı.
Başdan-başa o, bir behişt kimidir.
Müşg, ənbər, səfadan doğmuş kimidir.
Yaşıl xürrəm torpağı zümrüd olmuş,
Gülü, yaşılı şehlərə qərq olmuş.
Rəngarəng güllərinin işvəsindən,
Tüm yer üzü dar olmuş səbzəsindən.
O gülşəndən gələn ətir, elə bil,
Məryəmdən gələn Məsihidir, elə bil.
Necə ölüm bir dəm cana can verər,
Cana can gətirən anadan gələr.
Təzə bitki gülləri bir bəzəkdir,
Yerə salmış məxməri fərş, bəzəkdir.
Nazik ot qorxudan, sanki, titrəyər,
Əlifə nəsimi məgər ki, dəyər?
Səbzələr bu haldan pəjmürdə olmaz,
Soyuqluğundan o, əfsurdə olmaz.
Uzaqdan-uzağa gözün görüşü,
Dağlar başına yetməz yürüşü.
Səbanın yeli ətrafına tələsər,
Sonda, sanasan, hasiləmi yetişər?
Kimsə bir an bu ölkədə yaşar,
Həqiqətin behiştin ondan anlar.
Əcaib olar ordakı insanlar,
Əgər ki, cənnəti edər təmənna.
Kimsə gündən qala bilməz narazı,
Buludlar ondan edərlər razı.
Bulud deyildir, xoşrəngli bir qanad,
Narahat ürəyə verərlər rahat.
Bulud deyildir, şahlar çətri,
İlahi lütfüdür də həm işığı.
Kölgədə fərqli cah-cəlalı gör,
Səadətin verdiyi sərmayəyi gör.
Bəzən yüngülcə yağdırar yağışın,
Səpər o əhli-işrətə yağışın.
Bəzən düşərkən parə-parəsinə,
Şəbəkələr salar öz dövrəsinə.
Hava rəngli suyundan dolu külüng,
Huşu aparar o ahəngi-külüng.
Gözəl nəqşə kimi çox da aramla,
Havada çəkər o xəttlər nizamla.
Gah təsbehlər kimi nizamlı olar,
Gah da dönər, gedər, nəzmi pozular.
Aləmin qəmi ilə gəlsə də o,
Təmizlər ürəkləri qəmlərdən o.
Belə qurşaq tutdu dünyada qərar,
Üfüqlər də belə oldu bərqərar.
Bu cür behiştə oxşar qarış olmaz,
O cür də xoş sulu çeşmələr olmaz.
Nə çeşmə, deyəsən, kövsər mədəni,
Soyuqluqda buzdan olar əzəli.
Ondan bir qurtum hansı suya düşər,
O su canlanar, həmən canə gələr.
Tanrı bu gözəllikləri çox verdi,
Altı ölçüdə hüsnü digər verdi.
Göyçə gözəllik siması göstərər,
Bu mənzərə su çərxi tək dövr edər.
Gözəllik o üzə çox da yaraşır,
Üzü parlaq aya bənzər, yaraşır.
O cilvənin hər bəzək işləməsi,
Artırar ondakı başqa bir hüsnü.
Burada hər kəs səfa qulluğunda,
Bu hər səviyyədə olar ortada.
Dövrəsi bu cənnət misal çəmənlər,
Özü isə kövsər hovuzu qədər.
Sanki əbədilik şux bir gözəldir,
Ləpələnən gülərüzlü mələkdir.
Bu ləpələrdən qəlblərə qəm girməz,
Əksinə, nəşələr ondan əksilməz.
Kimsə bu cürə xoş zülaldan başqa,
Şirinlik dənizi görməmiş başqa.
Nə dəniz, bəlkə, balıqlı bir dəniz,
Nə balıq, bəlkə, Tanrı sirri, şübhəsiz.
Birisi orda ömrü vursa başa,
Eyni balığı görməz ki, olsun qoşa.
Balıqlar o qədər ki, çoxluğundan,
Su yarıq tapa bilməz sıxlığından.
Bir gəmi əgər orda xarab olar,
İçinə su deyil, balıqlar dolar.
İran Rum ellərində tüm süfrələr,
O təzə balıqlar ilə süslənər.
Odur Misir qəndi kimi xoş, əndər,
Hər tərəfə illik karvanla gedər.
Faydalı səfa suyundan nə deyim,
Yaraşar ona "həyat suyu" deyim.
İki mənalarda edər onca fərq,
Biri işıq, o biri zülmətə qərq.
İsgəndərin təfəkkürü ecazkar,
İsgəndərin bəzək təbi ecazkar.
Ki, bu təbii suya siz şükr edin,
Zülmətə əcələ qovuşar, bilin.
Sorsanız ki, bu su haradan gəlir?
Hansı bir ölkədən uzanıb gəlir?
Ağmanqan dağından o, rişə alar,
Can oylağı olan çöllərə axar.
Mühiti naxoşluq qəmindən uzaq,
Hava səfasından olar xoşməzaq.
Torpağı atəşli kibrit parçası,
O üzdən yetirər qızıl parçası.
Kəndlərinin xoş ovqatlı durumu,
Fələyin dörd səmtindən almış onu.
Yerləri hümmət süfrəsi açmış,
Arzuya uyğun hər istəyi vermiş.
Məhsul artımı o qədər ki, olar,
Mühasib bu işə heyrətdə qalar.
Birisi o xoş diyara yetişər,
Ürəyi qəşş edər, torpağa düşər.
Bəli, o torpağın belədir suyu,
Kəs görəmməz oxşar yuxuyu.
Dünyanın gözü işıq bəzəyidir,
Şərur eli ölkələr mələyidir.
Elə bir mələk ki, dövr xaqanlığı,
Tümü o cah-cəlala hökmranlığı.
İstərlər o torpaqdan bircə parça,
Mülkləri içində yer ala, bəlkə.
Ola ki, o şəhrin sahibi ola,
Dünyanın mülkündə bir qəni ola.
Əsl adı bu varlı mələyin Sərur,
Danışıq dili etmiş onu Şərur.
Suru xatırla, ona şur dedilər,
İşıq kimi zülmətdə gizlədilər.
O mələk xakı rəngilə seçilər,
Yetkin ağıl onu cəvahir bilər.
İranın o savad bəzək halalı,
Odur təşnələrə çarə suları.
İlin tüm günləri burada yazdır,
Yazı yayı xəzandan çox uzaqdır.
Yanvardan iyula otları yaşıl,
Çatdırar heyvanı kama bu yaşıl.
Əgər hörümçək yetişərsə ona,
Neçə gündə dönər nər bir dəvəyə.1