Məzmuna keç

İrəvandan məktub

Vikimənbə saytından
İrəvandan məktub (1890)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


Bu axır vaxtlardan bәri, demәk olar ki, İrәvan müsәlmanları da cümbüş vә hәrәkәtә gәlib, gözlәrini qәflәt yuxusundan açıb, insanlıq, elm vә tәrbiyә vә tәqәddümә hümmәt etmәkdәdirlәr. Belә ki, iki-üç sәnә var ki, şәhәrimizdә bir-iki qaydalı vә sәliqәli mәktәb açılıb, müsәlman balaları da sair mәdәni millәtlәrin әtfalı tәki tәzә üsul ilә elm vә әdәb tәhsil edirlәr. Onlar da köhnә mәktәblәrin adәtinә münәkis quru hәsirin vә tozlu, yamaqlı palazın üstә oturmayıb, taxtalar (isqәlәlәr) üstә әylәşirlәr. Sәhәrdәn axşama tәki ağır havalı mәktәbdә toz-torpağın içindә tәzә vә cavan ömrlәrini çürütmәyib hәr saatda 5-10 dәqiqә tәsfiyyәyi-hava üçün dışarı çıxıb, oynayıb şad olurlar. Әlbәttә, bu mәktәblәrin bu halda qüsurları da çoxdur; amma ümid var ki, İrәvan әhli hümmәt edib az zamanda mәktәblәrin hәr bir maehtiyacını düzәldәlәr. Burada bizim dövlәt tәrәfindәn açılan mәdrәsәlәrdә ülum vә fünun kәsb edәn müsәlman şagirdlәri başqalarına nisbәtәn çox azdır. Vә lakin az olsa da cümlәsi qeyrәtli, tәәssüblü cavanlardır ki, öz işlәrindә vә şüğllәrindә olub, aralarında ziyadә mehribançılıq vә ittifaq vardır. Bu aprelin 4-dә darülmüәllimindә elm vә kamal tәhsil edәn müsәlman cavanları hökumәt rüsxәti ilә mәrhum Mirzә Fәtәli Axundovun "Mәstәli şah" ünvanında tәrtib etdiyi komediyanı oynayıb, cümlәnin diqqәt vә hörmәtini cәlb etdilәr. Komediya türk dilindә oynandı. Tәklif olunan icmanın bir o qәdәr xoşuna gәldi ki, pәrdәnin axırında afәrin sәdası göyә çıxıb üç-dörd dәfә pәrdәnin qalxmağını vә oynayanların zühurә gәlmәyini әl çalıb tәlәb edirdilәr. "Mәstәli şah"dan sonra "Könülsüz" ünvanında bir pәrdәdә tәrtib olunmuş tәfriqә (vodevil) oynandı. O dәxi hamının xoşuna gәldi. Mәlum ola ki, "Könülsüz nikah"ı yazan darülmüәllimin şagirdlәrindәn Rzayev familiyasında bir şagirddir ki, müsәlmanca oxuyub-yazmağa artıq şövqü var. Müsәlman camaatı bir dәrәcәdә komediyadan razı qaldılar ki, dübarә tәkrarına talib vә xahişmәnd oldular. Amma vaxtın tәng olmağı vә bu vaxtlarda darülmüәllimin imtahanlarının başlanmağı mane olub, onların xahiş vә iltimasına әmәl oluna bilmәdi; gәlәn ildә 2-3 dәfә tәsis vә tәrtibinә vәdә olundu....