İranlılar (Bayraməli Abbaszadə)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İranlılar (Bayraməli Abbaszadə)
Müəllif: Bayraməli Abbaszadə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Şurə gəlib şad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!
Aləmə təsir elədi ahınız,
Doğdu yenə behcət ilə mahınız!
Yadə salır sizləri öz şahınız:
Günbəgün abad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!
Yar olacaq sayeyi-sultan sizə,
Eyliyəcək lütfı-fıravan sizə,
Çün gələcək Məmdəli mehman sizə,
İndidən irşad olun iranlılar!
Qüssədən azad olun, iranlılar!
Dərdü qəmu qüssəni bir yan atın!
İstəyəcək məqsədə yeksər çatın!
İndi dəxi həşrə qədər bərk yatın.
Xab görüb şad olun, iranlılar!
Qüssədən azad olun, iranlılar!